Balaca qonaqlarımız METAK-ı kəşf etdilər

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
Balaca qonaqlarımız METAK-ı kəşf etdilər
  • 01 İYUN 2026

Balaca qonaqlarımız METAK-ı kəşf etdilər

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə METAK-da xüsusi görüş təşkil olundu.

Bu əlamətdar gün münasibətilə əməkdaşlarımızın övladlarını şirkətimizdə qonaq etməkdən məmnun olduq. Uşaqlar istehsal sahələrimizlə yaxından tanış oldu və müəssisə üzrə kiçik ekskursiyada iştirak etdi.

Gələcəyimizin sahibi olan uşaqların sevincinə şərik olmaq və onlara istehsal dünyasını tanıtmaq bizim üçün böyük xoşbəxtlikdir.

Bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2026 METAK