XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 30 İYUN 2026
METAK “Ən yaxşı tərəfdaş” adına layiq görüldü
Bu gün Tikinti və Quraşdırma Peşə Məktəbində məzunlar üçün "Son zəng" tədbiri keçirilib.
Tədbirdə METAK şirkətinin təsisçisi Alik Kərimov məzunları təbrik edərək onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Eyni zamanda, Tikinti və Quraşdırma Peşə Məktəbi ilə 5 illik səmərəli əməkdaşlığımıza görə METAK "Ən yaxşı tərəfdaş" adına layiq görülərək təltif olunub.
METAK olaraq Tikinti və Quraşdırma Peşə Məktəbi ilə sıx əməkdaşlığımızı davam etdirir, peşə təhsilinin inkişafına və ixtisaslı kadrların hazırlanmasına dəstək verməkdən qürur duyuruq.
Bu dəyərli təltifə görə təşəkkür edir, bütün məzunları ürəkdən təbrik edərək onlara uğurlu karyera və parlaq gələcək arzulayırıq.
Son xəbərlər
METAK “Ən yaxşı tərəfdaş” adına layiq görüldü
30 İYUN 2026
Balaca qonaqlarımız METAK-ı kəşf etdilər
01 İYUN 2026