METAK şirkəti ADNSU tərəfindən təşkil olunan Məzun–Karyera sərgisində iştirak etdi

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
METAK şirkəti ADNSU tərəfindən təşkil olunan Məzun–Karyera sərgisində iştirak etdi
  • 14 MAY 2026

METAK şirkəti ADNSU tərəfindən təşkil olunan Məzun–Karyera sərgisində iştirak etdi

METAK şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən təşkil olunan Məzun–Karyera sərgisində iştirak edərək tələbə və məzunlarla görüş keçirdi.

Sərgi çərçivəsində iştirakçılara şirkətimiz, fəaliyyət istiqamətlərimiz, vakansiya və təcrübə proqramlarımız haqqında ətraflı məlumat təqdim olundu. Tələbə və məzunlarla qurulan birbaşa ünsiyyət onların gələcək karyera imkanları ilə daha yaxından tanış olmasına şərait yaratdı.

Gənclərin peşəkar inkişafına dəstək olmaq və universitet–sənaye əməkdaşlığının gücləndirilməsinə töhfə vermək METAK üçün hər zaman prioritet istiqamətlərdən biridir.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2026 METAK