Haqqımızda / METAK - Geniş profilli ticarət və sənaye şirkəti

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

Mükəmməl keyfiyyət təqdim edirik
Ölkənin ən nüfuzlu şirkətlərindənik
Müştərilərimizə hər zaman dəyər veririk
Məhsullarımıza zəmanət veririk

Şirkət haqqında

Fəaliyyətə 1997-ci ildə başlamış və ilkin mərhələdə polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan "METAK" şirkəti ölkəmizdə istehlakçıların böyük etibarını qazana bilmişdir. Şirkətin istehsalat sexlərində 2000-ci ildən başlayaraq müxtəlif metallardan döymə məmulatlar, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulmuş tikinti işkələləri və dirəklər istehsal olunmağa başlamışdır.

Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq.

“METAK” şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və sair MDB bazarlarında dünyanın aparıcı istehsalçıları ilə apardığı uğurlu rəqabətdən də aydın görmək olar.

Bir yerli istehsalçı olaraq hal-hazırda "METAK" brendi altında 2500-ə yaxın məhsul çeşidi alıcılara təklif olunur. Şirkət artıq 25 yaşını qeyd etmişdir və 900 nəfərlik əməksevər kollektivi ilə gələcəkdə də parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK