Bitkilər üçün dibçək
Möhkəm və elastik plastikdən hazırlanmış dibçək
Bitkilər üçün dibçək
Dibçəklər peşəkar italyan dizaynı seriyasına aiddir. Bitkini mexaniki zədələnmədən etibarlı şəkildə qoruyan möhkəm və elastik plastikdən hazırlanmışdır. Material dayanıqlıdır, 5 il istifadədən sonra belə öz görkəmini saxlayır. Materialın tərkibi xüsusi olaraq dekorativ bitkilər üçün nəzərdə tutulmuş gigiyenik tələblərə uyğun şəkildə seçilmişdir.
Dibçək kök sistemi qapalı olan meyvə, iynəyarpaqlı, yarpaqlı, dekorativ ağac və kolların şitillərini yetişdirmək üçün uyğun seçimdir.

Ölçülər: Ø 295x280
Çəki: 430 qr.

Ölçülər: Ø 360x320
Çəki: 750 qr.

Ölçülər: Ø 430x365
Çəki: 1200 qr.
Dibçəyin dəyirmi forması fidanların torpağa əkilməsi zamanı mümkün zədələnmə ehtimalını azaldır. Üst kənardakı halqa dekorativ rol oynamaqla yanaşı habelə dibçəyi ağırlaşdırmadan və sadə mexaniki daşınma üçün münasib olan möhkəm bir tutacaq funksiyasını yerinə yetirir. Dibçəklərin dib hissəsi fidanlar üçün yaxşı drenaj imkanı təmin edir, həmçinin kökün spiral şəklində bükülməsi və içəriyə doğru böyüməsi riskini azaldır.
Üstünlükləri:
- Yüngüllük
- Zərbəyə davamlılıq, elastiklik
- Temperatur dəyişikliyinə qarşı müqavimət
- Yüksək keyfiyyət