Qəlib istehsalı / METAK - Geniş profilli ticarət və sənaye şirkəti

Qəlib istehsalı

Kauçuk, plastik və rezin məhsulların qəliblənməsi üçün

“METAK” şirkətinin əsas ixtisaslaşma sahəsi təzyiq altında tökmə və şişirtmə qəliblərinin istehsalıdır

Təzyiq altında tökmə qəlibləri möhkəm və dayanıqlı poladdan hazırlanır. Sürtünən səthlərin dayanıqlığını artırmaq üçün qəlib detalları azotlaşdırılır ki, nəticədə məmulatlarımızın istismar müddəti dəfələrlə artmış olur. Alüminium ərintidən hazırlanan şişirtmə qəlibləri yüksək keyfiyyəti ilə seçilir.

Müştəri verdiyi sifarişin icrasında bilavasitə iştirak edir və dəyişikliklər edə bilir.

Qəlib istehsalı

Ən yeni proqram təminatı nəinki qəlibin işlənib hazırlanma prosesini, habelə məhsulun istehsal prosesini son mərhələsinə qədər modelləşdirməyə imkan verir. Ən vacibi isə odur ki, bu, istehsal prosesini daxildən görməyə və mümkün qüsurları maksimal dərəcədə önləməyə imkan verir.

Layihə şərtlərindən kənarlaşmamaq məqsədilə şirkətimizin böyük iş təcrübəsinə malik yüksək səviyyəli mütəxəssisləri qəlib istehsalının bütün mərhələlərini hərtərəfli yoxlayır və mümkün düzəlişləri etmək üçün sınaq nəticələrini izləyirlər. Bu, xüsusilə aktualdır, çünki qəlib istehsalı olduqca bahalı, enerji sərfiyyatı yüksək olan və yüksək keyfiyyətli polad ərintilərdən istifadəni tələb edən bir sahədir. Digər əsas şərt yüksək dəqiqlikli CNC dəzgahlarının mövcudluğudur. Şirkətimizin istehsalı olan bütün qəliblər servis şərtlərinə uyğun olaraq müvafiq keyfiyyət və mürəkkəb konstruksiya icbari zəmanəti ilə təmin olunur.

“METAK” şirkətinin istehsalat bazasında qəliblərlə yanaşı kəsən, əyən, formalaşdıran və yüksək dəqiqliyə malik ştamplar da istehsal olunur. Peşəkar layihəçilərimiz tərəfindən işlənib hazırlanan və istənilən tapşırıqlarınızı reallaşdıra bilən ştamplar yüksək keyfiyyətli sənaye poladından və ən yaxşı avadanlıqda istehsal olunur. Son məhsulu ştampın səthindən ayırmaq üçün hər bir detal üçün fərdi maskalar təklif olunur. Kəsmə ştamp və ya puanson iş prosesində yüksək təzyiqlərə məruz qaldığından onların istehsalı üçün nəzərdə tutulmuş materiallara kəsən kənarların möhkəmliyi və ştampı rənglənmədən qoruyacaq materialın suvaşqanlığı kimi xüsusi tələblər irəli sürülür.

Qəlib istehsalı
logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK