Popipropilen boru / METAK - Geniş profilli ticarət və sənaye şirkəti

PPR boru

Qırılmayan elastik kanalizasiya boruları və birləşmələri

Polipropilen kanalizasiya boruları və birləşdirici hissələr

"METAK" şirkəti polipropilen kanalizasiya boruları və birləşmələrinin tam çeşidini təklif edir. Məhsulumuzun əsas üstünlüyü materialın xüsussiyyətləri ilə bağlıdır:

  • Polipropilen qeyri-toksikdir, hətta alovlandığı təqdirdə yalnız karbon qazı və su ifraz edir.
  • Materialın elastikliyi qırılmaların qarşısını alır.

Binaların daxili kanalizasiya sistemlərində polipropilendən hazırlanmış kanalizasiya borularının çuqun və ya digər plastik borulara nisbətən daha çox istifadə edilməsi səbəblərinə nəzər salaq.

Çuqun boru və fitinqlərlə müqayisədə polipropilen borular bir sıra danılmaz üstünlüklərə malikdir:

  • Yüksək kimyəvi davamlılıq
  • Korroziyaya uğramaması
  • Daşınma və saxlanılmanın asan olması
  • Yüngül çəki
  • Hamar daxili səth

Polietilen və ya PVC-dən hazırlanmış boru və fitinqlər üzrə yol verilən istismar temperatur həddinin 65°C olduğunu nəzərə alaraq, kanalizasiya borusuna qaynar axıntıların daxil olması nəticəsində boru kəmərlərinin deformasiyası baş verir ki, bu da öz növbəsində kipləşmə yerlərindən sızmalara səbəb olur. Buna görə də maksimum istismar temperatur həddi 95°C müəyyən olunmuş polipropilen borular digər plastik borularla müqayisədə üstünlüyə malikdir.

Kipləşdirici vasitə kimi kipləşdirici və ya ikiləçəkli halqa istifadə olunur. Bu üstünlüklər sayəsində şirkətimizin kanalizasiya sistemləri üçün təqdim etdiyi boru və fitinqlər istər peşəkar, istərsə də fərdi ustalar tərəfindən geniş istifadə olunur.

Analoji sistemlərlə müqayisədə polipropilen kanalizasiya boru və fitinqlərindən istifadə zamanı daşınma və quraşdırılma xərcləri orta hesabla 25-30% azdır. "METAK" şirkətinin məhsulları ISO 9001-2015 keyfiyyət idarəetmə sisteminə uyğun olaraq istehsal edilir və bütün müvafiq sertifikatlara malikdir.

Bu borular ГОСТ 32414-2013 standartına uyğun olaraq istehsal olunur və daxili kanalizasiya sistemləri üçün nəzərdə tutulmuşdur. Açıq hava şəraitində istifadə olunduqda günəş şüaları və s. xarici təsirlərdən və mexaniki təzyiqdən müdafiə vasitələrindən mütləq istifadə olunmalıdır. Aşağı temperaturlar boruların elastikliyinə mənfi təsir göstərərək onların istismar müddətini azalda bilər. Boruların quraşdırılması qaydalarına riayət olunmadığı halda "METAK" şirkəti keyfiyyətlə bağlı problemlərə görə məsuliyyət daşımayacaqdır.

Polipropilen kanalizasiya borularının möhkəmlik sınağı

Məhsullar kataloqunun elektron versiyası lazımdır?
logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK