
Kompozit borular
Fiber (kompozit və kombi boru) borular binadaxili isti və soyuq su təhcizatında istifadə edilən təzyiqli sistemlər üçün nəzərdə tutulub. Bu üçqatlı boruların xarici və daxili materialı PPRC-dən (PolypropyleneRandomCopolymer), orta qat isə şüşə lifli PPRC-dən ibarətdir. Boruların orta qatı yüksək izolyasiya xüsusiyyətləri ilə seçilir, onların xətti genişlənmə əmsalı daha aşağıdır və boruların yüksək temperaturlarda deformasiyaya uğraması daha az olur. 20°C temperaturda və PN 25 bar ilə istifadə etdikdə şüşə lifli boruların istismar müddəti 50 il təşkil edir