Yığılma mufta (iç yivli)
"Amerikanka" kimi də bilinən bu mufta artıq quraşdırılmış iki sərt və ya elastik plastik boru kəməri xəttini bir-birinə qoşmağa və ya bir-birindən ayırmağa imkan verir. İsti və soyuq suların nəqlində, eləcə də istilik sistemlərində istifadə olunur. İçi yivlidir, çöl yivli muftanın əksidir. Artıq on ildən çoxdur ki, "METAK" şirkəti "Amerikanka" muftaların keyfiyyəti ilə bütün Azərbaycan və yaxın MDB ölkələrinin istifadəçilərini razı salır. Təcrübəli mühəndislərimiz və ən müasir avadanlıq parkımız sayəsində yerli bazara xaricdən "Amerikanka"-ların idxalı ehtiyacını aradan qaldırmışıq.