XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 09 DEKABR 2025
METAK, BMU-nun “Karyera Həftəsi 2025” tədbirində iştirak etdi
METAK şirkəti, Bakı Mühəndislik Universitetinin “Karyera Həftəsi 2025: Gələcəyini kəşf et!” layihəsi çərçivəsində keçirilən “Mühəndislik” və “Memarlıq və İnşaat” fakültələri üzrə Karyera Sərgisi və Alumni Panelində iştirak etmişdir.
Şirkətimizin bu tədbirdə iştirakı gələcək mühəndis kadrları ilə birbaşa əlaqə qurmaq, onların bilik və bacarıqlarını ilkin mərhələdə qiymətləndirmək, həmçinin staj və işə qəbul üçün potensial namizədləri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, tədbir METAK-ın ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi, brendinin gücləndirilməsi və BMU-nun alumni şəbəkəsi ilə yeni tərəfdaşlıq imkanlarının formalaşdırılması üçün dəyərli platforma yaratmışdır.
Bu təşəbbüs ixtisaslı mühəndis kadrlarının hazırlanması və gənc mütəxəssislərin istehsalat sahəsinə inteqrasiyasına dəstək məqsədlərimizə xidmət edir.
Son xəbərlər
METAK Şahdağda keçirilən Snowflake Trail qaçışında
22 FEVRAL 2026
METAK “Fruit Trade 2026” sərgisində
19 FEVRAL 2026
Gələcəyin peşəkarları METAK-da!
11 FEVRAL 2026
10, 15 və 20 il çalışan əməkdaşlar təltif edildi
04 FEVRAL 2026
29 illik etibar və inkişaf
10 YANVAR 2026