METAK şirkətinin növbəti böyük uğuru!

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
METAK şirkətinin növbəti böyük uğuru!
  • 14 NOYABR 2025

METAK şirkətinin növbəti böyük uğuru!

28 ildir tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən “METAK” şirkəti həm daxili, həm də xarici bazarlarda mövqelərini genişləndirməkdə davam edir. Şirkət hər il məhsul çeşidini təkmilləşdirərək daxili bazarda idxalı böyük ölçüdə əvəzləməyə nail olub. Son illərdə isə əsas məqsəd ixrac həcmini artırmaq və ölkə iqtisadiyyatına daha böyük töhfə verməkdir.

Türkiyənin İstanbul şəhərində hər iki ildən bir keçirilən, isitmə, soyutma, havalandırma, izolyasiya və tikinti sistemləri üzrə dünyanın ən nüfuzlu tədbirlərindən biri sayılan “ISK SODEX” beynəlxalq sərgisi bu il də geniş iştirakçı və ziyarətçi auditoriyası ilə yadda qaldı.

120 000 m²-lik ərazidə 1000-dən artıq şirkətin məhsullarını nümayiş etdirdiyi və 200 000-dən çox iş adamının ziyarət etdiyi sərgi, regionda və dünyada sənaye üzrə lider platformalardan biri olduğunu bir daha sübut etdi. Ölkəmizi artıq ikinci dəfə bu sərgidə yeganə təmsil edən “METAK” şirkəti bu il də fəal iştirakçılar sırasında yer aldı.

Şirkətin sərgidə iştirakı yalnız məhsulların təqdimatı ilə məhdudlaşmadı, həm də mövcud tərəfdaşlıqların möhkəmləndirilməsi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı. Plastik boruların nümayiş olunduğu stend sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2025 METAK