"METAK" şirkəti əmək yarmarkasında iştirak etdi

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
  • 22 DEKABR 2023

"METAK" şirkəti əmək yarmarkasında iştirak etdi

"METAK" şirkəti 22 dekabr 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən əmək yarmarkasında iştirak etmişdir. Bakı Regional Məşğulluq filialı tərəfindən Park İnn Baku otelində təşkil olunan yarmarkada 35 müəssisə tərəfindən 432 vakansiya təqdim olumuşdur.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.  

İşə qəbul şöbəsinin əməkdaşları şirkətimizdə hazırda aktiv olan vakansiyalar və işə qəbul prosesi haqqında məlumat vermişdirlər. İş axtaranlara "METAK" şirkəti haqqında maraqlı və faydalı məlumat təqdim olunmuşdur.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK