XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 15 MAY 2025
METAK şirkəti "Caspian Agro 2025" sərgisində!
METAK şirkəti 13-16 may tarixlərində Bakıda keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisi "Caspian Agro 2025"-də iştirak edir. Bu sərgi regionun ən böyük aqrar platformalarından biri olaraq hər il aparıcı istehsalçıları, təchizatçıları və sahə mütəxəssislərini bir araya gətirir.
METAK stendində müasir bağçılıq və bitkiçilik üçün nəzərdə tutulan məhsullar təqdim olunmuşdur. Plastik konteynerlər, bitkilər üçün dibçəklər, intensiv bağçılıq məhsulları, eləcə də Edem Garden markası ilə dekorativ bitkilər və Langu markası ilə yetişdirilən meyvələr nümayiş olunmuşdur.
Sərgidə iştirak şirkətə geniş peşəkar auditoriyaya öz həllərini təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanın aqrar sektorunun inkişafına töhfə vermək imkanı yaratdı.
Son xəbərlər
Gələcəyin peşəkarları METAK-da!
11 FEVRAL 2026
10, 15 və 20 il çalışan əməkdaşlar təltif edildi
04 FEVRAL 2026
29 illik etibar və inkişaf
10 YANVAR 2026
METAK şirkətinin növbəti böyük uğuru!
14 NOYABR 2025