Plastik boruların saxlanırması və daşınması qaydaları / METAK - Geniş profilli ticarət və sənaye şirkəti

POLİPROPİLEN BORULARIN DAŞINMASI VƏ SAXLANILMASI

PPR boruların daşınması və saxlanılması

Borular qapalı yerdə müvafiq rəflərdə və ya üstü örtülü yerlərdə saxlanılmalıdır. Yığılmış boruların hündürlüyü 2 metrdən artıq olmamalıdır. Boruların kimyəvi və fiziki xüsusiyyətlərinin qorunub saxlanması üçün onları deşici zərbələrdən qorumaq lazımdır.

Polipropilen boru və detalların saxlandığı yerlər yanğın əleyhinə vasitələrlə təmin olunmalıdır. Belə boru və detalların saxlanılma yerləri ətrafında od qalamaq, elektrik və ya qaz qaynaq işləri aparmaq və tez alışan mayelər saxlamaq qəti qadağandır.

  • Boruları birbaşa günəş süalarından və mexaniki zədələnmələrdən qoruyun.
  • Çatlamış, zədələnmiş və ya deformasiya olunmuş borulardan istifadə etməyin.
  • Yalnız təmiz boru və fitinqlərdən istifadə edin.
  • Deformasiyanın qarşısını almaq üçün boruların daxilində suyun donmasına imkan verməyin.
  • Deformasiyanın qarşısını almaq üçün boruların mənfi temperaturlarda ehtiyatlı daşınmasını təmin edin.
  • Boru kəmərini şaxtadan qorumaq üçün izolyasiya edin.
  • Boru xəttinin quraşdırılmasından sonra təzyiqlə test keçirməklə sızıntıların olmamasına diqqət edin.
logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2024 METAK