"Best Managed Companies Azerbaijan 2024" müsabiqəsi çərçivəsində işgüzar görüş baş tutub

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
  • 31 OKTYABR 2023

"Best Managed Companies Azerbaijan 2024" müsabiqəsi çərçivəsində işgüzar görüş baş tutub

Tədbirdə münsiflər heyətinin üzvləri, müsabiqədə ötən il qalib gələn şirkətlərin və bu il iştirak üçün artıq müraciət edən şirkətlərin təmsilçiləri iştirak edib.

Görüşdə “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin əsas fəlsəfəsi və hədəfləri, qalib seçilmək üçün tələb olunan əsas meyalar və qiymətləndirmə zamanı münsiflər heyəti tərəfindən əsas diqqət yetirilən kriteriyalar ətraflı müzakirə olunub.

Həmçinin, ötən il qaliblər siyahısında yer alan “METAK”, “AVRORA Qrup”, “NORM Sement”, “Veyseloğlu Şirkətlər Qrupu”nun rəhbər nümayəndələri müsabiqədə iştirak təcrübəsi və faydaları haqqında çıxış edərək, builki nəmizəd şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparıb və onlara dəyərli məsləhətlər veriblər.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK