XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun


- 17 APREL 2025
Əməkdaşlara “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri təlim keçirilmişdir
15–17 aprel tarixlərində METAK MMC-də "Yanğına qarşı tədbirlər planı"na əsasən əməkdaşlar üçün “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri təlim keçirilmişdir.
Təlimin məqsədi əməkdaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi, fövqəladə hallarda düzgün və operativ davranış bacarıqlarının artırılması olmuşdur. Təlim zamanı iştirakçılara yanğın təhlükəsi zamanı görülməli tədbirlər barədə ətraflı məlumat verilmiş, təlimatlara uyğun hərəkət etməyin vacibliyi vurğulanmışdır.
Bununla yanaşı, yanğınsöndürən balonların istifadə qaydaları və söndürmə üsulları izah olunmuş, onların daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının əhəmiyyəti qeyd edilmişdir. Təlimin sonunda yanğının söndürülməsi ilə bağlı praktiki məşğələlər həyata keçirilmişdir.
Son xəbərlər
Tələbələr istehsalat turunda iştirak etdilər
07 MART 2025
METAK şirkəti əmək yarmarkasında iştirak etdi
25 FEVRAL 2025
METAK şirkətində təcrübə keçən tələbələr ilə görüş keçirilib
13 YANVAR 2025