XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 09 OKTYABR 2024
Keyfiyyətə Nəzarət departamenti tərəfindən maarifləndirici təlim keçirilib
23 sentyabr, 2 və 9 oktyabr tarixlərində Keyfiyyətə Nəzarət departamentinin müdiri Rəsul Şıxmuradov tərəfindən İSO 9001-2015 beynəlxalq standartın tələbləri üzrə maarifləndirici təlim keçirilmişdir.
Təlimdə standartın təşkilatda tətbiqinin əhəmiyyəti, prinsipləri, keyfiyyət idarəetmə sisteminin planlaşdırılması, standartın strukturunun ümumiləşdirilmiş izahı, müştəri məmnuniyyətinin ölçülməsi və artırılması alətləri və s. haqda məlumat verilmişdir.
Standartın vacibliyinin daha da anlaşılması üçün təlim qarşılıqlı fikir mübadiləsi formatında keçirilmişdir.
Sonda təlimin effektivliyinin ölçülməsi üçün təlim iştirakçılarına sual vərəqəsi təqdim edilmişdir.
Son xəbərlər
METAK şirkəti əmək yarmarkasında fəal iştirak etdi
08 APREL 2026
METAK Şahdağda keçirilən Snowflake Trail qaçışında
22 FEVRAL 2026
METAK “Fruit Trade 2026” sərgisində
19 FEVRAL 2026
Gələcəyin peşəkarları METAK-da!
11 FEVRAL 2026