XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun


- 20 AVQUST 2018
METAK-ın yeni metal bazası
METAK şirkəti müştərilər üçün daha da əlçatan olub
Yeni istifadəyə verilmiş “Metal boru və fitinqlərin istehsalı və satışı bazası” müştərilərə şirkət istehsalı olan malların bütün assortimenti ilə bir məkanda tanış olmaq imkanını verəcək.
METAK şirkətinin yeni metal bazasında metal boru və fitinqlərin istehsalı və satışı həyata keçirilir. Satış şöbəsinin də burada yerləşməsi müştərilərin rahatlığı üçün düşünülüb.
Yeni baza iki sənaye obyektindən ibarətdir. Birinci binada polad boru istehsalı xətti qurulub istifadəyə verilmişdir, ikinci binada mexaniki-təmir və qeyri-standart avadanlıqların istehsalı nəzərdə tutulub. Yaxın gələcəkdə bütün lazımi dəzgah və avadanlıqların yerləşdirildiyindən sonra isə korpusun müstəqil bir bölmə kimi fəaliyyət göstərəcəyi planlaşdırılır.
Müştərilər və işçilərin rahatlığı üçün bazanın qarşısı asfaltlanıb, xüsusi parkinq yerləri ayrılıb.
Son xəbərlər
Tələbələr istehsalat turunda iştirak etdilər
07 MART 2025
METAK şirkəti əmək yarmarkasında iştirak etdi
25 FEVRAL 2025
METAK şirkətində təcrübə keçən tələbələr ilə görüş keçirilib
13 YANVAR 2025
METAK komandası "SKYWinD 2024" idman yarışında iştirak edib!
01 DEKABR 2024