"METAK" şirkəti "IronWind" triatlon yarışında

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
  • 26 MAY 2024

"METAK" şirkəti "IronWind" triatlon yarışında

26 may 2024-cü il tarixində Pirallahı adasında "Triterra Baku Triathlon Club"-nun təşkilatçılığı ilə keçirilən "IronWind" triatlon yarışmasında "METAK" şirkəti də iştirak etdi. Şirkətimiz tədbirin sponsoru kimi çıxış etmişdir. Həmçinin şirkətimizi təmsil edən komanda da yarışa qatılmışdır.

Komandamızı təmsil edən idmançılar - Serqan Abasov, Sergey Burlov, Elman Abışev, Tatyana Kuznetsova. İdmançılar 1.9 km üzgüçülük, 90 km veloyürüş və 21.1 km qaçış məsafəsini qət etdilər.

Qeyd edək ki, şirkətimizi təmsil edən komandanın üzvləri - Serqan Abasov, Sergey Burlov, Elman Abışev iştirak edən komandalar arasında ikinci yerə layiq görülüb və mükafat aldılar.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2024 METAK