"METAK" şirkəti üçüncü dəfədir ki zirvədə yer aldı!

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
  • 30 MAY 2024

"METAK" şirkəti üçüncü dəfədir ki zirvədə yer aldı!

“Deloitte” audit şirkəti tərəfindən ölkəmizdə üçüncü dəfədir ki, keçirilən “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsi yekunlaşdı və METAK şirkəti üçüncü dəfə zirvədə yer aldı. Şirkətin strateji uyumluluğu, insan kapitalının inkişafı, liderlik və maliyyə idarəetməsi sahələrində göstərdiyi mükəmməl performans yenidən yüksək qiymətləndirildi.

Bu mükafatı METAK-ın ardıcıl olaraq üçüncü dəfə qazanması şirkətin idarəetmə bacarıqlarının və strateji yanaşmalarının mükəmməlliyini göstərir. Nüfuzlu beynəlxalq münsiflər heyəti METAK-ın biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyalarını və dayanıqlı inkişafını yüksək qiymətləndirib.

METAK şirkəti 1993-cü ildən bəri 37 ölkədə keçirilən “Best Managed Companies” layihəsinin Azərbaycanda ardıcıl olaraq üçqat qalibi olaraq böyük bir uğura imza atmışdır. Bu, şirkətin idarəetmə sahəsindəki yenilikçi yanaşmalarının və strateji düşüncəsinin parlaq nümunəsidir.

METAK-ın ardıcıl olaraq üçüncü dəfə qalib olması şirkətin idarəetmə bacarıqlarının və strateji düşüncəsinin beynəlxalq səviyyədə də təsdiqini göstərir. Şirkət 27 illik fəaliyyəi dövründə “made in Azerbijan” bredi altında böyük nailiyyətlər əldə etməsi üçün, hər işinə bir məsuliyyət işi kimi yanaşmışdır.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2024 METAK