"METAK" şirkətində tələbələr ilə görüş keçirilmişdir

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
  • 16 APREL 2024

"METAK" şirkətində tələbələr ilə görüş keçirilmişdir

16 aprel 2024-cü il tarixində "METAK" şirkətində tələbələr ilə görüş keçirilmişdir. Görüşdə tələbələrə təcrübə proqramında iştirakının müsbət tərəfləri izah olunub və "İnnovativ ideya" adlı müsabiqədə iştirak üçün qaydalar izah olunub.

Belə ki, tələbələr şirkətimizdə təcrübə keçdiyi zaman istehsal prosesinin hər bir məqamı ilə innovativ həllər, “Əməliyyatların, proseslərin təkmilləşdirilməsi”, “İsrafların aradan qaldırılması”, “Səmərəli avtomatlaşdırılma” mövzularında təkliflər edə bilər. Təcrübəli mütəxəssislərlə yanaşı işləmək, rəy almaq və peşəkar inkişaf etmək imkanları olacaq.

Müsabiqədə iştirak edən tələbələr arasından 3 ən güclü ideya seçilərək qalib elan olunacaqdır.

1-ci yerin qalibi - 2000 manatlıq kupon;
2 ci yerin qalibi - 1000 manatlıq kupon;
3 cü yerin qalibi - 500 manatlıq kupon ilə təltif olunacaq.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK