XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 14 MAY 2019
METAK «Baku Marafonu-2019» yarışında iştirak etmişdir
Finiş xəttini keçən ilk min nəfər sırasında METAK komandasından 22 iştirakçısı yer almışdır
Mayın 5-də Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilib.
"Küləyə qalib gəl!" şüarı ilə keçirilən marafonun məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.
Marafonda iştirak üçün bu dəfə 22320 şəxs qediyyatdan keçmişdir. Marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, habelə xarici qonaqla iştirak etmişdir. Eyni zamanda müxtəlif təşkilat və şirkətlərin təmsilçiləri korporativ iştirakçı kimi qeydiyyatdan keçmişlər.
Yüksək komanda ruhu ilə fərqlənən METAK şirkəti də “Bakı Marafonu-2019”-da iştirak etmişdir. Bu dəfə şirkətimizin 31 əməkdaşı “küləyə qalib gəlmək” qərarında idilər. Finiş xəttini keçən ilk min nəfər sırasında METAK komandasından 22 iştirakçısı yer almışdır. «Run for METAK!» şüarı altında yarışda iştirak edən komandamızın şəxsi rekordu 1 saat 42 dəqiqə 12 saniyə təşkil etmişdir.
Bütün iştirakçılarımıza təşəkkür edirik; sizinlə qürur duyuruq!
Qeyd edək ki, “Küləyə qalib gəl!” şüarı altında artıq dördüncü ildir təşkil olunan marafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edir.
Son xəbərlər
METAK komandası "SKYWinD 2024" idman yarışında iştirak edib!
01 DEKABR 2024
Vətən müharibəsi qaziləri ilə növbəti görüş keçirilib
07 NOYABR 2024
METAK komandası "Qələbə qaçışı" marafonunda iştirak edib!
03 NOYABR 2024
METAK şirkəti “METAL EXPO 2024” sərgisində iştirak edir
30 OKTYABR 2024