XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 06 OKTYABR 2017
Millət vəkilləri METAK zavodu ilə tanış oldular
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Neftçala Sənaye Məhəlləsində oldular və METAK zavodu ilə tanış oldular
Görüşdə vurğulanıb ki, Azərbaycan prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə bu ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib.
Neftçala Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, "startup"lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.
Sonra millət vəkilləri Neftçala Sənaye Məhəlləsinin rezidentlərinin fəaliyyəti ilə əyani tanış olublar.
METAK MMC-nin Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsalı müəssisəsinin illik istehsal gücü 2 milyon taradır.
Son xəbərlər
METAK komandası "SKYWinD 2024" idman yarışında iştirak edib!
01 DEKABR 2024
Vətən müharibəsi qaziləri ilə növbəti görüş keçirilib
07 NOYABR 2024
METAK komandası "Qələbə qaçışı" marafonunda iştirak edib!
03 NOYABR 2024